2012-2013-cü dərs ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri əsasında Bakı şəhərinin 12 rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəbləri və Nazirliyə tabe, ali məktəblərin nəzdində fəaliyyət göstərən məktəblərdə tədqiqat aparıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, 2012-2013-cü tədris ilində Bakı məktəblərində (tədqiqata daxil edilmiş) 29651 şagird ümumi orta təhsil səviyyəsi üzrə məzun olub və bu məktəblər üzrə 227 şagird Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi buraxılış imtahanında iştirak etməyib.
3009 şagird (10.15%) həm ana dili, həm də riyaziyyat fənlərindən “2” alıb. Bir fəndən “2“ digərindən “3” qiyməti alanların sayı isə 3915 (13.20%) olub. Tədqiqat ümumi məzun sayına görə aparılıb.