Nazirlikdən xəbərdarlıq: “Gün altında satılan qarpızları almayın”
03 iyul 2013 10:44 (UTC +04:00)

Nazirlikdən xəbərdarlıq: “Gün altında satılan qarpızları almayın”

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Nəzarət Toksikologiya Laboratoriyası bazarlarda qarpız, yemiş və başqa kənd təsərrüfatı məhsullarının yoxlanılmasını aparır. Laboratoriyanın rəhbəri Yaqub İbrahimov Lent.az-a açıqlamasında deyib ki, mayın 15-dən indiyədək 100-dək qarpız üzərində laborator yoxlamalar aparılaraq toksikoloji rəy verilib: “Ötən illərdən fərqli olaraq, bu il qarpızlarda olan nitratın miqdarı orqanizm üçün təhlükə yaratmır. Son zamanlar ölkəyə gətirilən azot-fosfor-kalium qarışıq kübrələrin tərkibi nitratın əmələ gəlməsinə mane olur. Digər tərəfdən əhali arasında aparılan təbliğat da öz rolunu oynayıb. İndiyədək 40-50 yemişdə yoxlamalar aparılıb. Cəmi 4-5 halda nitratın miqdarı bir qədər artıq olub ki, bu da, yüksək göstərici sayılmır”.

 

Kənd təsərrüfatı məhsulları üzərində yoxlamaların sentyabra qədər davam edəcəyini deyən Y. İbrahimov əhaliyə xəbərdarlıq da edib: “Yaşlı adamlar, körpələr və xəstələr axşamlar qarpız yeməməlidirlər. Bu, orqanizmə ziyandır. Qarpızlar kəsilən kimi dərhal yeyilməlidir. Onları soyuducuda saxlamaq və sonra istifadə etmək olmaz. Əhali uzun müddət gün altında qalan qarpızları almamalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 796
avatar

Oxşar yazılar