Siyəzənin Həmyə kəndində yaşayan Qurbanzadələr ailəsi gələn ildən ünvanlı sosial yardım alacaq. Bu barədə Lent.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə deyib. Məlumata görə, ailə gələn ilin yanvar ayından etibarən 220 manat məbləğində ünvanlı sosial yardım alacaq.
Qeyd edək ki, bir neçə gün əvvəl Lent.az Siyəzənin Həmyə kəndində yaşayan Qurbanzadələr ailəsi haqqında yazmışdı. “Cəhənnəmdə şərqi deyənlər” adlı bu yazı beş uşaqlı ailənin acınacaqlı durumundan bəhs edirdi.