Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti aprelin 17-nə olan hava məlumatını açıqlayıb. Departamentdən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında
Aprelin 17-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-8, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 17-də arabir yağış yağacağı, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.
Aprelin 19-dək hava şəraitinin qeyri-sabit olacağı, leysan xarakterli yağışların yağacağı və temperatur rejiminin enəcəyi gözlənilir. Bu da əksər kənd təsərrüfatı əkinlərində inkişafın sürətini nisbətən azalda, çiçəklənən meyvə ağaclarında isə güllərin tökülməsinə səbəb ola bilər. Belə hava şəraiti aran rayonlarda çiyidin, dağətəyi rayonlarda isə qarğıdalının əkinini qısa müddətə gecikdirəcək. Lakin yağıntılar torpağın nəmlənməsini yaxşılaşdıracaq və otların boy atması üçün müsbət təsir göstərəcək.

Nazirlikdən əkinçilərə xəbərdarlıq
Oxşar yazılar

Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ
3 iyul 2025 , 15:50
Bütün avadanlıqlar söndürülüb, amma SAYĞACINIZ FIRLANIR – Azərbaycanda hara şikayət edilməli?
3 iyul 2025 , 15:33
Təkcə qarpız deyil: Yayda orqanizmi nəmləndirən bu 5 meyvəni tanıyın
3 iyul 2025 , 14:33
Rusiyada “az” domenli saytlara giriş məhdudlaşdırıldı
3 iyul 2025 , 13:52
Hədiyyə verilən əmlak boşananda bölünür? - CAVAB
3 iyul 2025 , 12:48
Sabah bu yerlərə leysan yağacaq - Hava PROQNOZU
3 iyul 2025 , 12:33
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
3 iyul 2025 , 12:04