Nazirlik qanunsuz ağac kəsilməsinə görə polisə müraciət etdi
08 may 2018 09:52 (UTC +04:00)

Nazirlik qanunsuz ağac kəsilməsinə görə polisə müraciət etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
 
 
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, reyd zamanı Gəncə-Yevlax magistral avtomobil yolunun kənarında yaş köküstə  3-4 sm diametrliyində 35 ədəd şam ağacının kökündən çıxarılaraq aparıldığı aşkar olunub. Faktla bağlı akt tərtib edilib və təbiətə 8400 manat ziyan dəydiyi məlum olub.
 
 
 
Ağacların kim tərəfindən çıxarılaraq aparıldığının müəyyən edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış materiallar Gəncə şəhəri Kəpəz rayon Polis Şöbəsinə göndərilib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 190
avatar

Oxşar yazılar