İşçilərin 95% gecikdirilmiş əməkhaqqılarının ödənilməsi təmin edildi
26 avqust 2016 16:26 (UTC +04:00)

İşçilərin 95% gecikdirilmiş əməkhaqqılarının ödənilməsi təmin edildi

Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanan vətəndaş müraciətlərinin bir qismində əmək haqqı və digər sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən onlara ödənilməsinin gecikdirilməsi ifadə olunub.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hər bir belə müraciət diqqətlə, obyektiv şəkildə araşdırılıb və Xidmətin qanunvericiliyə uyğun şəkildə həyata keçirdiyi tədbirlər nəticəsində cari ildə işəgötürənlər tərəfindən 776 563 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Qeyd olunan vəsaitin 95 faizini gecikdirilmiş əmək haqları təşkil edib. Həmçinin 3 faizi gecikdirilmiş sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Xidmətin əməkdaşları əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsindən irəli gələn tələblər barədə işəgötürənlərə hüquqi izahatlar veriblər.

 

Bundan başqa, ayrı-ayrı vətəndaşların qeyri-qanuni şəkildə işdən azad edilmələrinə dair müraciətləri də Xidmət tərəfindən araşdırılıb. Nəticədə 20 nəfərlə qanunvericiliyin tələblərinə uyğun olmadan əmək müqaviləsinə xitam verildiyi müəyyən olunub və həmin işçilərin yenidən əvvəlki işlərinə bərpa olunmaları təmin edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar