Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 8-nə olan hava proqnozunu açıqlayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1° şaxtadan 2°-dək isti, Bakıda gecə və gündüz 0-2° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütünundan 775 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
Dekabrın 08-də Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. 09-da isə arabir güclənən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın minimal temperaturu 0-3° şaxta təşkil edəcəyi barəsində nazirlik xəbərdarlıq edir.
Rayonların bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti, dağlarda gecə 8-13°, gündüz 0-5° şaxta olacağı gözlənilir.