İstər paytaxtda, istərsə də regionlarda müasir ümumtəhsil məktəbləri tikilərək istifadəyə verilib. Lent.az-ın məlumatına görə, Təhsil Nazirliyi bəzi KİV-lərdə rayonlarda məktəb çatışmazlığı problemi olmasına dair fikirlərə münasibət bildirib.
Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda belə bir problem yaşanmır: “Ciddi məktəb çatışmazlığı problemi mövcud deyil. Əhalinin sıx yaşadığı ərazilərdə məktəb tikintisi ilə bağlı məsələlər dövlət səviyyəsində həll olunur”.