“Hazırda bütün ali təhsil müəssisələrinin qiyabi və əyani şöbələrində kredit sistemi tətbiq olunur”. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib. Məlumatda qeyd olunur ki, respublikanın ali təhsil müəssisələrinin maddi-texniki bazası bu sistemin tətbiqinə hazırdır: ”2007-2008-ci tədris ilindən başlayaraq respublikanın 10 ali təhsil müəssisəsinin bir və ya iki ixtisasında eksperiment kimi Boloniya bəyannaməsinin müddəalarına uyğun olaraq tədrisin kredit sistemi ilə təşkilinə başlanılıb. Sonrakı illərdə bu iş davam etdirilib. 2009-2010-cu tədris ilindən isə ölkənin bütün ali təhsil müəssisələrinin birinci kurslarından kredit sisteminin tətbiqinə başlanılıb”.
Nazirlik: “Ali məktəblərin bazası kredit sisteminin tətbiqinə hazırdır”
654