Fövqəladə Hallar Nazirliyi “525-ci qəzet”in yerləşdiyi binadakı yanğınla bağlı rəsmi məlumat yayıb. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda ikimərtəbəli inzibati binanın ümumi sahəsi 80 kv.m olan anbar kimi istifadə olunan zirzəmisində məktəb, ofis ləvazimatları və məişət avadanlıqları 30 kv.m sahədə yanıb.
Bina yanğından mühafizə olunub. Yanğın saat 15:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.