Nazirlik: 1600 fiziki şəxs əmək müqaviləsi bağlamadan işə cəlb edilib
06 fevral 2013 17:12 (UTC +04:00)

Nazirlik: 1600 fiziki şəxs əmək müqaviləsi bağlamadan işə cəlb edilib

Vergilər Nazirliyinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, hələ də əmək müqaviləsi olmadan işləyən şəxslərin sayı az deyil. Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, operativ nəzarət tədbirləri zamanı 929 vergi ödəyicisi tərəfindən 1600 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 155 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı məlum olub.

Eyni zamanda 184 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 5408 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 690
avatar

Oxşar yazılar