“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyası bu gündən şimal rayonlarındakı sürüşmə sahələrində monitorinqlərə başlayır”. Bunu Lent.az-a açıqlamasında Ekspedisiyanın rəisi Bəxtiyar Qaralov bildirib. Onun sözlərinə görə, monitorinqlər Quba, Qusar və Xızı rayonları ərazisində aparılacaq. “Monitorinq bu gündən 16-dək davam edəcək”-deyə, Nazirlik rəsmisi əlavə edib.
B. Qaralov onu da vurğulayıb ki, monitorinqin nəticəsi gələn həftənin ilk günlərində açıqlanacaq.