Mədəniyyət və Turizm Nazirliyi gələn il dünyanın 18 ölkəsində beynəlxalq sərgilərdə iştirak edəcək. Nazirlikdən Lent.az-a verilən məlumata görə, bu cür sərgilərdə iştirak etmək ölkənin turizm potensialını təbliğ etmək məqsədi daşıyır.
Yanvardan başlayıb noyabrda yekunlaşacaq sərgilərdə İspaniya, İran, Türkiyə, ABŞ, Rusiya, Çin, Gürcüstan, Qazaxıstan, BƏƏ, Almaniya, Koreya, Yaponiya, Fransa, Böyük Britaniya iştirak edəcək. Beynəlxalq sərgilər paytaxtımızda apreldə keçiriləcək.