Nazirlərin bölgələrə səfəri davam edir
22 iyun 2013 11:40 (UTC +04:00)

Nazirlərin bölgələrə səfəri davam edir

Nazirlərin və digər mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrə səfəri davam edir. Lent.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov iyunun 28-də Ağstafada vətəndaşları qəbul edəcək. Görüşdə Ağstafa, Daşkəsən, Gədəbəy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz, Kəlbəcər rayonlarının sakinləri iştirak edə bilərlər.

Həmin gün kənd təsərrüfatı naziri İsmət Abasov da vətəndaşları qəbul edəcək. Belə ki nazir iyunun 28-də Lənkəranda cənub bölgəsinin sakinlərini qəbul edəcək. İ. Abasovun qəbulunda Lənkəran, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara sakinlərinin iştirak etməsi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 995

Oxşar yazılar