Nazirlər Kabinetinin işçiləri üçün yeni yaşayış binaları tikilir
29 oktyabr 2013 11:15 (UTC +04:00)

Nazirlər Kabinetinin işçiləri üçün yeni yaşayış binaları tikilir

Bakı şəhərində Nazirlər Kabinetinin əməkdaşları üçün yeni yaşayış binaları tikilir.


 

Musabəyov dairəsi (Zərgərlik Zavodu yaxınlığında) adlanan ərazidə başlanan tikinti işləri 1 hektar sahəni əhatə edir. Burada üç yaşayış binasının inşası aparılır. Bu barədə «APA-Economics»ə tikinti işlərini aparan «Avesta» Konserninin prezidenti İbrahim Nehrəmli məlumat verib.

 

Onun sözlərinə görə, yaşayış binaları 20 mərtəbəli olacaq və ümumilikdə burada 360 mənzilin olması nəzərdə tutulub.

 

«Bu binalarda mənzillərin 1-4 otaqlı olması nəzərdə tutulub. Mənzillərin sahəsi 70-200 kv. metr olması planlaşdırılır. Həmçinin, yaşayış binalarının həyətində avtomobillər üçün dayanacaq da tikiləcək. Tikinti işlərini gələn ilin sonuna kimi yekunlaşdırmağı planlaşdırırıq», - deyə İ.Nehrəmli qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1593
avatar

Oxşar yazılar