Nazirlər görüşdü
15 mart 2013 18:32 (UTC +04:00)

Nazirlər görüşdü

Bu gün  nəqliyyat naziri  Ziya Məmmədov Macarıstanın Milli İnkişaf Nazirliyinin İnfrastruktur üzrə Dövlət naziri  Pal Völnerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə son illər Azərbaycan iqtisadiyyatının inkişafından, iri miqyaslı islahatların həyata keçirilməsindən, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən söhbət açılıb. Z. Məmmədov nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyib.
Görüşdə iki ölkə arasında bu sahədə  müvafiq sazişlərin işlənib hazırlanması, Macarıstan şirkətlərinin ölkəmizdə nəqliyyat sahəsində həyata keçirilən layihələrdə iştirak imkanları  ətrafında fikir mübadiləsi aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684
avatar

Oxşar yazılar