İqtisadi İnkişaf naziri Şahin Mustafayevin Tovuza səfərinin vaxtı dəyişdirilib. O, sakinlərlə iyunun 1-də görüşəcək.
Nazirliyin mətbuat xidmətindən Lent. az-a verilən məlumata görə, nazir Tovuz Olimpiya İdman Kompleksində Ağstafa, Qazax, Şəmkir, Gədəbəy və Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı, 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), o cümlədən nazirliyin Gəncə-Qazax regional bölməsi (Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, mobil (050) 395 91 97, Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina) vasitəsilə müraciət edə bilərlər.