Nazirdən şad xəbər: “Bahalaşma olmayacaq”
02 aprel 2015 13:59 (UTC +04:00)

Nazirdən şad xəbər: “Bahalaşma olmayacaq”

 

“Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən otellərdə qış  turizmi ilə əlaqədar monitorinq keçirilib”. Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

 

Onun sözlərinə görə, monitorinq zamanı otellərdə qiymət artımı qeydə alınmayıb: “Ötən ilə nisbətən bu il heç bir oteldə bahalaşma olmayıb.  İnanıram ki, yay  turizm mövsümü zamanı da otellərdə, turizm obyektlərində bahalaşma olmayacaq.  Çünki buna heç bir əsas yoxdur”.

 

Ə. Qarayev vurğulayıb ki,  nazirlik yeni turist marşrutlarının formalaşdırılmasına xüsusi önəm verir. “Hazırda tarixi abidələrin qorunması və həmin yerlərə turistlərin cəlb edilməsi istiqamətində işlər aparırıq”.

 

 

Dolların manata nisbətən məzənnəsinin bahalaşmasının turizm obyektlərinə təsirinə gəlincə, nazir bunları bildirib: “İstər Bakıda, istərsə də regionlarda otellər tərəfindən manatla göstərilən xidmətlərdə heç bir qiymət dəyişikliyi yoxdur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 145

Oxşar yazılar