Nazir vətəndaşlarla görüşüb
16 mart 2013 18:30 (UTC +04:00)

Nazir vətəndaşlarla görüşüb

 

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vətəndaşlarla görüş keçirilib. Lent.az-ın məlumatına görə, görüşdə nazir Fizuli Ələkbərov bir qrup vətəndaşı qəbul edib, onların iştirakı ilə müraciətlər araşdırılıb. Müraciətlərin araşdırılmasında vətəndaş cəmiyyətlərinin nümayəndələri də iştirak edib.


F.Ələkbərov vətəndaşların haqlı narazılığına səbəb olan halların aradan qaldırılması, belə hallara yol vermiş əməkdaşlar barədə intizam tədbirlərinin davam etdirilməsi və s. barədə müvafiq strukturlara tapşırıqlar verib. Qəbul zamanı yoxsulluq vəziyyətindən çıxmaq üçün potensial imkanlara malik olan ailələr də müəyyən edilib.

Qeyd edək ki, 2012-ci il və cari ilin yanvar-fevral ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri və nazirliyin digər rəhbər şəxsləri tərəfindən Bakıda və müxtəlif bölgələrdə ümumilikdə 19 dəfə vətəndaş qəbulu həyata keçirilib, 600 nəfərə yaxın vətəndaş qəbul edilərək müraciətləri araşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1069
avatar

Oxşar yazılar