Nazir turizmdən danışdı
27 sentyabr 2013 12:24 (UTC +04:00)

Nazir turizmdən danışdı

Bu ilin altı ayı ərzində Azərbaycana gələn turistlərin sayı 9,4 faiz artıb. Lent.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “27 sentyabrı – Ümumdünya Turizm günü” konfransında deyib. O, bildirib ki, yarım il müddətində Azərbaycan 1 milyon 196 min turist qəbul edib. Bundan başqa nazir deyib ki, bu il İrandan ölkəmizə gələn turistlərin sayı 8 % azalıb. O, bunu İrandakı keçid dövrü ilə əlaqələndirib: “ Bu, sadəcə maraqların tənzimlənməsidir. Biz düşünürük ki, qonşu ölkələr bizim prioritet istiqamətlərimizdir ”.

İran ilə Azərbaycan arasında viza sisteminin ləğv edilməsi ilə bağlı jurnalistlərin sualını nazir belə cavablandırıb: “Siz bilirsiniz ki, İran keçid dövrü yaşadı. Yeni rəhbərlik, yeni struktur formalaşdı. Biz tərəfdən imzalanan müqavilələrə sadiq qalaraq yeni danışıqlar aparılacaq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar