Avqustun 29-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qusarda vətəndaşları qəbul edəcək. Nazirlikdən Lent.az-a verilən məlumata görə, qəbu saat 11:00-da şəhərində Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Qusar, Xaçmaz, Quba, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı vasitəsi ilə, həmçinin yuxarı adları çəkilən şəhər və rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.