Bakıda nazir müavini buzda yıxılıb qolunu qırıb - <span style="color:red;">FOTO
07 mart 2017 18:27 (UTC +04:00)

Bakıda nazir müavini buzda yıxılıb qolunu qırıb - FOTO

Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov ciddi zədə alıb.

Lent.az-ın Report-a istinadən məlumatına görə, nazir müavininin qolu sınıb. Bu səbəbdən İ.Rəhimov həm nazirlik, həm də MPK-nın tədbirlərinə qolu gipsli vəziyyətdə qatılıb.

Belə ki, nazir müavini qarlı hava şəraiti zamanı yolların buz bağlaması səbəbindən yıxılaraq zədələnib.

 

Qeyd edək ki, Bakıda axırıncı dəfə şaxtalı hava şəraiti fevral ayının ikinci on günlüyündə qeydə alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar