Xırdalanda yaşayış kompleksinin ərazisində yanğın baş verdi-VİDEO
18 oktyabr 2026 07:38 (UTC +04:00)

Xırdalanda yaşayış kompleksinin ərazisində yanğın baş verdi-VİDEO

0

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən yaşayış kompleksinin ərazisində yanğın baş verib.

Lent.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar