Nazir müavini ana və uşaq ölümündən danışdı
12 iyul 2013 10:30 (UTC +04:00)

Nazir müavini ana və uşaq ölümündən danışdı

 

“Körpə ölümünü son 20 illə müqayisə etsək, 28 promiledən 10,8 promileyə, yəni hər 1000 uşağa 10,8 ölüm halına qədər azalıb”.


APA-nın məlumatına görə, bunu I Bakı Beynəlxalq Neonatoloji Konqresinin açılış mərasimindəki çıxışında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

 

O bildirib ki, Azərbaycan dövləti ana və uşaq sağlamlığına diqqəti artıb: “Ölkədə ana ölümünün miqyası da azalıb. Bu rəqəm 14,9 promileyə qədər enib.”

 

E.Ağayev son illərdə yenidən qurulan və təmir olunan uşaq tibb müəssisələrinin bütün rayon və şəhərləri əhatə etdiyini də diqqətə çatdırıb: “Azərbaycan əhalinin artım tempinə görə də müsbət nəticə göstərir. Artıq əhalinin artım tempi 13 nəfərdir. Təkcə 2012-ci ildə anadan olan uşaqların sayı 173 500 nəfər olub. Bu da ötən illərlə müqayisədə xeyli artım deməkdir”.

 

Səhiyyə nazirinin müavini ilin sonuna qədər Azərbaycanda 200 min kvadratdan artıq tibb müəssisəsi istifadəyə veriləcəyini də qeyd edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 781
avatar

Oxşar yazılar