Nazir müavini: “İnanmıram ki, xəstəlik ətin qiymətinə təsir etsin”
05 sentyabr 2013 14:28 (UTC +04:00)

Nazir müavini: “İnanmıram ki, xəstəlik ətin qiymətinə təsir etsin”

“Azərbaycanda iri buynuzlu heyvanlar arasında ölümcül virusa yoluxma ilə əlaqədar ət və ət məhsullarının qiymətinin qalxması mümkün deyil”. Lent.az-ın məlumata görə, bunu kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, xəstəliyin ilk yayıldığı vaxtlarda bununla bağlı böyük ajiotaj yaranmışdı: “Həmin vaxt belə halların baş verməsi müşahidə oluna bilərdi, lakin bildiyiniz kimi, qiymət artımı baş vermədi. İnanmıram ki, bu xəstəlik ətin qiymətinə təsir etsin. Düzdür, ilk vaxtlar belə səs-küy yaranmışdı. Eyni zamanda inanıram ki, məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyinin də bu işə baxan departamenti lazımi tədbirlər görəcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 581
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar