“Xəzərdəki Bulla dəniz yatağında baş vermiş qəza zamanı ətraf mühitə ciddi zərər dəyməyib”.
APA-nın xəbərinə görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, qəza zamanı havaya atılan qaz yanıb, bu da atmosferə atılan tullantıların azalmasına səbəb olub: “Amma mən istisna etmirəm ki, müəyyən həcmdə ziyan dəyib. Tarix boyu Xəzərdə bəzi ərazilərdə qaz sızmaları olub, bu isə o qədər təhlükəli hal deyil”.