Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun oğlu Elnur İbrahimov Silahlı Qüvvələrdə hərbi xidmətə yollanıb. Lent.az-ın məlumatına görə, ötən gün hərbi xidmətə yollanan E. İbrahimov “N” saylı hərbi hissədə sıravi əsgər kimi xidmətini aparacaq.
1989-cu il yanvarın 23-də Naxçıvanda doğulan E. İbrahimov Londonda ali təhsil alıb. Bu il təhsilini başa vuraraq hərbi çağırış vərəqəsi əsasında xidməti borcunu yerinə yetirməyə yollanıb.
Qeyd edək ki, N. İbrahimovun bir oğlu var.