Naxçıvan MR Nazirlər Kabinetinə 6.3 milyon manat ayrıldı
05 mart 2013 19:14 (UTC +04:00)

Naxçıvan MR Nazirlər Kabinetinə 6.3 milyon manat ayrıldı

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Babək rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent. az-ın Azər Tac-a istinadən verdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının Babək rayonunun on səkkiz min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar – Vayxır – Sirab avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 6.3 milyon manat ayrılıb.
 

Maliyyə Nazirliyinə bu sərəncamın nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 824
avatar

Oxşar yazılar