Naftalanın su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq
06 mart 2013 15:50 (UTC +04:00)

Naftalanın su təchizatı və kanalizasiya sistemi yenidən qurulacaq

Azərbaycan Respublikası hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində “Naftalan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanıb.

 

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti şöbəsindən Lent.az-a verilən məlumata görə, bu gün Naftalan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin təməlqoyma mərasimi keçirilib.

 

Mərasimdə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Yaponiyanın Azərbaycandakı Səfirliyinin iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Takao İmanişi, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov,  şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

 

“Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Naftalan şəhərində 9800, Qasımbəyli və Daşaltı Qaraqoyunlu kəndlərində isə 4200 nəfər olmaqla 14 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb. Layihəyə uyğun olaraq Naftalan şəhərinə və ətraf kəndlərə içməli su Ballıqaya-Goranboy magistral su kəmərindən veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768
avatar

Oxşar yazılar