Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib
26 iyun 2017 13:15 (UTC +04:00)

Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

0

İyunun 26-da Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələr Günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. Lent.az-ın Müdafiə nazirliyinin saytına istinadən məlumatına görə, əvvəl Heydər Əliyevin abidəsi önünə və Zərifə xanım Əliyevanın məzarına əklil və gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

 

Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına da əklil və gül dəstələri qoyublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 476

Oxşar yazılar