Müdafiə Nazirliyinin baş qərargahının təməli qoyuldu
26 iyul 2014 19:37 (UTC +04:00)

Müdafiə Nazirliyinin baş qərargahının təməli qoyuldu

İyulun 26-da Müdafiə Nazirliyinin ərazisində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı üçün inşa edilən yeni və müasir tipli inzibati binanın təməlqoyma mərasimi keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti iştirak edib.


Müdafiə naziri təməlqoyma mərasimində çıxış edib. O, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsini, hərbi qulluqçular üçün paytaxt Bakıda və ölkənin digər bölgələrində müasir xidməti mənzillərin, hərbi hissələrdə yeni əsgər kazarmalarının və digər məişət obyektlərinin tikilərək istifadəyə verilməsini xüsusi vurğulayıb.

General-polkovnik Zakir Həsənov Baş Qərargahın yeni inzibati binasının qısa bir vaxtda və keyfiyyətlə tikilməsi üçün şirkət rəhbərliyinə tövsiyələrini bildirib. Sonra metal giliz bünövrəyə buraxılıb və binanın özülünə beton qarışığı tökülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1911
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar