Artur Rasizadə Müdafiə Nazirliyində müşavirə elədi - YENİLƏNİB
10 oktyabr 2014 19:26 (UTC +04:00)

Artur Rasizadə Müdafiə Nazirliyində müşavirə elədi - YENİLƏNİB

 

 

Baş nazir Artur Rasizadənin rəhbərliyi altında oktyabrın 10-da Müdafiə Nazirliyində müşavirə keçirilib. Lent.az-ın nazirliyin rəsmi saytına istinadən xəbərinə görə, toplantıda Baş nazirin müavini Abid Şərifov, Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə Sənayesi naziri Yavər Camalov, Maliyyə naziri Samir Şərifov, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, müdafiə nazirinin müavinləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müşavirədə Silahlı Qüvvələrin təchizatında olan döyüş texnikasının, silah və sursatların modernləşdirilməsi, o cümlədən ordunun müasir, yüksək dəqiqlikli, uzaqvuran silah və sursatlar, yeni texnologiyalı avadanlıqlarla təmin olunması imkanları, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması və digər məsələlər müzakirə edilib.

 

 

***

13:37

 

Bu gün Müdafiə Nazirliyində hesabat dövrünün nəticələrinə həsr olunmuş toplantı keçirilib.

Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, prezident İlham Əliyevin sədrliyi ilə 2014-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas Silahlı Qüvvələr qarşısında qoyulan tapşırıqların həlli məqsədilə keçirilib. Toplantıda Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, Müdafiə Nazirliyinin baş idarə və idarə rəisləri, birlik komandirləri iştirak ediblər.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən müşavirədə vəzifəli şəxslərin məruzələri dinlənildikdən sonra Silahlı Qüvvələrin növlərinin çöl, uçuş və dəniz təlim bacarıqları, döyüş və əməliyyat hazırlığı, müdafiənin gücləndirilməsi, qoşun və qüvvələrin hərtərəfli təminatı, qoşunların və silahların idarəetmə sistemi, kadrların hazırlığı və şəxsi heyətin sosial müdafiəsi, nizam-intizamın daha da yüksəldilməsi məsələləri geniş təhlil edilərək istiqamətlər üzrə vəzifələr müzakirə olunub.


Silahlı Qüvvələrdə görülən işlər və onların təhlili barədə geniş məruzə ilə çıxış edən müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən qarşıda duran məsələlərin yerinə yetirilməsi üzrə müvafiq göstərişlər verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3956

Oxşar yazılar