Azərbaycan Müdafiə Nazirliyində həyata keçirilən kadr islahatları çərçivəsində Silahlı Qüvvələrin keçmiş zabiti, general-mayor Aleksandr Vasyak vəzifəyə təyin olunub.
APA-nın Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, ordudan ehtiyata buraxıldıqdan sonra Ukraynada yaşayan A. Vasyak bu günlərdə Bakıya çağırılaraq nazirliyin Daxili təhlükəsizlik idarəsinə rəis təyin olunub.
Qeyd edək ki, A. Vasyak 1992-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Ağdərə əməliyyatında, eləcə də sonrakı dövrlərdə bir sıra döyüşlərdə iştirak edib. Müdafiə Nazirliyinin Əməliyyat İdarəsinin rəisi və Hərbi Elmi Mərkəzdə çalışıb.