MTRŞ sədri filmlərin azlığından şikayətləndi
26 aprel 2013 11:52 (UTC +04:00)

MTRŞ sədri filmlərin azlığından şikayətləndi

“Serialların çəkilməsi üçün vəsaitin ayrılması məsələsində tələsmirik. Bu barədə çox ciddi şəkildə düşünüləcək. Birinci mərhələdə bəzi məsələlərin həll olunması lazım idi”.

 

Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MTRŞ sədri Nurşirəvan Məhərrəmli bildirib. O qeyd edib ki, ayrı-ayrı prodakşnlarda maddi-texniki bazanın formalaşması, aktyorların əmək haqqı, ssenarilərin meydana gəlməsi məsələləri var idi: “Artıq onlar arxada qalıb. Azərbaycanda kifayət qədər prodakşn var və bəzən onların çoxluğuna təəccüblənirəm. Özüm araşdırma apardım. Bizə film çəkmək üçün müraciət edən prodokşnların sayı 35-dən çoxdur”.

N. Məhərrəmli onu da bildirib ki, Azərbaycanda xeyli sayda prodakşn olsa da, filmlər azdır: “Hətta peşəkar olmayanlar da bu işə həvəs göstərirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 432

Oxşar yazılar