Sabah Milli Televiziya və Radio Şurası Azərbaycanda fəaliyyət göstərən prodakşnlarla görüş keçiriləcək.
MTRŞ-dən Lent.az-a verilən məlumata görə, sabah saat 16:00-da MTRŞ-in inzibati binasında (Nizami 105) keçiriləcək görüşdə milli telefilmlərin, o cümlədən teleserialların çəkilişinin dəstəklənməsi məqsədilə prodakşn rəhbərləri ilə fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
Görüş mətbuat üçün açıq olacaq.