MTRŞ: “İlqar Mikayıloğlu efirdə fit çalır”
04 iyul 2013 18:45 (UTC +04:00)

MTRŞ: “İlqar Mikayıloğlu efirdə fit çalır”

Milli Televiziya və Radio Şurası aparıcıların nitqi ilə bağlı aparılan monitorinqin nəticələrini açıqlayıb. Lent.az-ın xəbərinə görə, monitorinqlərin nəticələri ilə bağlı hazırlanan hesabatda qeyd olunur ki, ANS telekanalında “Günə baxan” verilişinin aparıcısı İlqar Mikayıloğlu Bakı dialektində danışır, bəzi məqamlarda isə fit çalır. Əlini cibindən çıxartmayan aparıcı bütün veriliş boyu öz ləhcə xüsusiyyətlərindən kənara çıxa bilmir: “Aparıcı bunu normal hesab edərək deyir: “Əgər efirə, radioya biz ədəbi dili çıxarsaq, onda televiziya və radio ilə insanlar arasında çox böyük uçurum yaratmış olarıq”. İ.Mikayıloğlunun sözlərindən belə çıxır ki, aparıcıların hər biri hər hansı bir ləhcənin nümayəndəsidirsə, verilişdə də o şəkildə danışmalıdır. Təəssüf ki, həmin verilişdə Mir Şahin də belə bir fikir söyləyib ki, “Biz telefon dilində nə qədər sərbəstiksə, mən bir televiziya jurnalisti olaraq hesab edirəm ki, televiziyada da o qədər sərbəst olmalıyıq”.


Bundan əlavə, monitorinqlərin nəticəsində “Salam, Azərbaycan” (ANS), “ATV olay” (ATV), “ATV səhər” (ATV), “Səhər çağı” (Lider), “Plyus-minus” (Space) verilişlərinin aparıcılarında da müəyyən nöqsanlar aşkarlanıb.
 

Hesabatda o da qeyd edilib ki, bu norma pozmaları ilə yanaşı, nitqləri aydın olan, əksər hallarda ədəbi dilin normalarına uyğun şəkildə qurulan, veriliş zamanı nitqlərində çox nadir hallarda normadan kənara çıxma halları müşahidə edilən aparıcılar da var. Bunlara isə “Xəzər Xəbər”də Anar Nəcəfli, “Günə başlarkən”da Türkay Verdiyeva, “Mövqe”də (“Lider”) Elşən Musayev, “ATV Aktual”da Aytən Əhmədova, “ATV Gündəm”də Xoşqədəm Hidayətqızı, “Növbətçi”də  Rəşad Abbasov və digərləri daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2121

Oxşar yazılar