Moldova Ombudsmanı Aureliya Qriqoriuya Mətbuat Şurasının «Həqiqətə xidmətlərinə görə» mükafatı təqdim olunacaq. Lent. az-ın məlumatına görə, bununla bağlı mərasim noyabrın 7-də saat 12.00-da Mətbuat Şurasında baş tutacaq.
Toplantıda həmçinin Moldova ombudsmanı ilə Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi arasında əməkdaşlıq memorandumunun imzalanması da nəzərdə tutulur.
Mərasimdə MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai xadimlər iştirak edəcəklər.