Noyabrın 2-də “Muğam Club”-da Moldavanın ombudsmanı Aurelia Qriqoriunun şərəfinə ziyafət verilib. Lent.az-ın məlumatına görə, Azərbaycanın və başqa Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı, Milli QHT Forumunun dəstəyi ilə təşkil olunan ziyafətdə dövlət və hökumət nümayəndələri, millət vəkilləri, eləcə də ziyalılar iştirak edib.
Tədbiri giriş sözü ilə QHT Forumunun sədri Rauf Zeyni açıb. Daha sonra iştirak edən hökumət nümayəndələri Ermənistan parlamentindəki cəsarətli çıxışına görə xanım Qriqoriuya Azərbaycan xalqı adından təşəkkürlərini bildiriblər.
A.Qriqoriu isə öz növbəsində Azərbaycan xalqını sevdiyini bildirib: “Mən bu xalqı ilk dəfə Müslum Maqomayevlə sevdim. Onun ifasını ilk dəfə dinləyəndə bu xalqın mədəniyyətinə, özünə sevgim yarandı. Bu yaxınlarda qızım da Bakıya gələcək. Mən istəyirəm ki, qızım da Azərbaycan xalqını tanısın, buranın gözəlliklərini öz gözləri ilə görsün”.