Təhsil naziri Misir Mərdanov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Ekspert Şurasının 1-ci və 3-cü sinif dərslikləri ilə bağlı rəyinə münasibət bildirib. Lent.az-ın verdiyi məlumata görə, Misir Mərdanov deyib ki, dərslikləri təsdiq və ləğv etmək səlahiyyəti hansı quruma verilibsə, həmin qurum da bu barədə qərar verə bilər.
Misir Mərdanov bildirib ki, həmin qurum Təhsil Nazirliyidir. Misir Mərdanov qeyd edib ki, həmin dərsliklərin ləğvi barədə fikir söyləmək düzgün deyil: “Bu dərs ili başa çatmalıdır. Bundan sonra gələn ilin dərsliklərinin hazırlanmasında TQDK-nın dərsliklərlə bağlı düzgün, obyektiv təklif və rəyləri nəzərə alınacaq”.
Qeyd edək ki, TQDK-nın Ekspert Şurası tərəfindən 1-ci sinif “Azərbaycan” dili və “Riyaziyyat”, 3-cü sinfin “Həyat bilgisi”, “Azərbaycan dili” və Riyaziyyat dərsliklərinin tədrisdə istifadəsini məqbul saymayıb.