Təhsil naziri Misir Mərdanov “Ali təhsildə qloballaşmaya doğru – 2013-cü il” adlı beynəlxalq konfransda iştirak etmək üçün Dubaya gedib. Bu barədə Lent. az-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib. Beynəlxalq konfransa dünyanın 70-dən çox ölkəsindən 1400 təhsil eksperti, təhsil nazirləri, təhsili idarəetmə qurumlarının əməkdaşları və elm adamları qatılıb.
Konfrans 3 gün davam edəcək.