Sabiq təhsil naziri Misir Mərdanov Mikayıl Cabbarovun təhsil naziri təyin edilməsinə münasibət bildirib.
APA-nın xəbərinə görə, o, Azərbaycanın yeni təhsil nazirini ilk təbrik edən şəxslərdən biri olub: “Ona yeni vəzifəsində uğur arzulamışam. Mənə elə gəlir ki, o, cənab prezidentin etimadını doğruldacaq. Bu işdə ona uğurlar diləyirəm. Hamımız ona kömək etməliyik”.