Mingəçevirlilərin də işi “ASAN”laşacaq
07 noyabr 2013 11:11 (UTC +04:00)

Mingəçevirlilərin də işi “ASAN”laşacaq

Noyabrın 6-da 17-dək  Mingəçevir və Yevlax  sakinləri Səyyar “ASAN  Xidmət”dən  Mingəçevir  şəhərində yararlana biləcəklər. Lent.az-ın məlumatına görə, xidmətlər Ədliyyə, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilir.

“ASAN”  mingəçevirlilərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportlarının verilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi və başqa sahələrdə xidmət göstərəcək.

 

Qeyd edək ki, Səyyar “ASAN Xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsidir. İndiyədək bu xidmət çərçivəsində  18 məntəqədə 32  rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Ümumilikdə, 22 məntəqədə 41 rayonun sakininə Səyyar “ASAN Xidmət” in göstərilməsi planlaşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar