“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Milli qəhrəmanlarımızın təbliği: Koroğlu Rəhimov” layihəsinin icrası çərçivəsində növbəti tədbir keçirib. Lent.az-ın verdiyi məlumata görə, layihə çərçivəsində Yevlax rayonu Yuxarı Qarxun kənd orta məktəbində Milli Qəhrəman Koroğlu Rəhimovla bağlı buklet təqdim olunub.
Tədbirdə çıxış edən “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov prezident İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində fəaliyyəti barədə danışıb. “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin vətənpərvərlik yönümündə təbliğata töhfə verməyə çalışdığını bildirən Ramiz Cürənov Milli Qəhrəman Koroğlu Rəhimovun həyat və döyüş yolunun gənclər arasında təbliğ edilməsinin zəruri olduğunu vurğulayıb.