Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini Qarabağ müharibəsi veteranı Rüxsarə Cumayevanın təcili xaricdə əməliyyat olunmasına dəstək və yardım göstərməsi üçün müraciət edib. Lent.az-ın məlumatına görə, Qənirə Paşayeva deyib ki, sosial şəbəkələrdə Qarabağ müharibəsi veteranı R.Cumayevanın müalicə və xaricdə əməliyyat olunması üçün çağırışlar yayılıb.
Qarabağ müharibəsi iştirakçılarına, veteranlarına və əlillərinə daima dövlət səviyyəsində diqqət və qayğının göstərildiyini vurğulayan Q. Paşayeva aidiyyəti dövlət qurumlarını, xüsusilə Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərini dövlətin əlillərə göstərdiyi diqqət və qayğının davamı olaraq Qarabağ müharibəsi veteranı R.Cumayevanın təcili xaricdə əməliyyat olunmasına yardım göstərməyə çağırıb.