Milli Məclisdə Kənd Təsərrüfatı Nazirliyinin Bakıdan köçürülməsi təklif edildi
15 mart 2013 13:56 (UTC +04:00)

Milli Məclisdə Kənd Təsərrüfatı Nazirliyinin Bakıdan köçürülməsi təklif edildi

 

Milli Məclisdə hökumətin hesabatının müzakirəsi davam edir. Lent.az-ın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, beynəlxalq maliyyə qurumları son illər Azərbaycanı yüksək reytinqlə göstərir.

O bildirib ki, dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. Mübariz Qurbanlı bu illər ərzində Azərbaycan manatının sabit qalmasının ölkədə düzgün pul-kredit siyasətinin həyata keçirilməsindən xəbər verdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın sənayecə inkişaf etmiş ölkələr siyahısına daxil olması prioritet elan olunub, ağır və yüngül sənaye sahələrində həyata keçirilən layihələr də buna hesablanıb. Millət vəkili Bakıda sıxlığın aradan qaldırılması üçün regionların inkişafının zəruri olduğunu söyləyib: “Bakının yüklənməsinin qarşısını inzibati yollarla almaq, Bakıda yenidən pasport qeydiyyatına qayıtmaq olmaz. Ona görə də regionların inkişafı proqramına uyğun olaraq bölgələrimizin inkişafına, orada sənaye mərkəzlərinin yaradılmasına nail olmalıyıq. Azərbaycanda ali məktəblərin çoxu regionlara köçürülməlidir. Məsələn, Azərbaycanda turizmin inkişafı üçün Turizm İnstitutu yaradılıb. Ancaq yaxşı olardı ki, belə institutlar bölgələrdə fəaliyyət göstərsin”.

 


Millət vəkili Zahid Oruc bu gün hökumətin hesabatının prezidentin rəhbərliyi ilə keçirilən müşavirənin ruhuna uyğun olmasını istəyib. Zahid Oruc 450 minə qədər insanın qanunsuz evlər problemi ilə üzləşdiyini yaşayıb.
Millət vəkili Azərbaycan banklarında kredit faizinin yüksək olmasından şikayətlənib: “Hətta ABŞ-da ayaqqabını da kreditlə alırlar. Xüsusən ipoteka kreditlərinin şərtlərini yüngülləşdirmək lazımdır. Digər tərəfdən, birinci növbədə Bakıdan Kənd Təsərrüfatı Nazirliyini köçürmək lazımdır”.


O, “Asan Xidmət” mərkəzlərinin yaradılmasının təqdirəlayiq olduğunu vurğulayıb: “23 sahədə problem var idi ki, prezident belə bir xidmətin yaradılması barədə sərəncam verdi. Təklif edirəm ki, hökumətimiz Asan Xidmətə keçsin”.
 

 

Millət vəkili İqbal Ağazadə hökumət üzvlərinin tam tərkibdə hesabat verməli olduğunu söyləyib: “Bu gün Azərbaycanda insan haqları ilə bağlı beynəlxalq təşkilatları narahat edən məsələlər hökumətin hesabatına niyə salınmayıb? Hökumət bilavasitə ortaya çıxan suallara cavab verməlidir. Ordu ilə bağlı suallara da hökumət üzvləri bu gün parlamentdə cavab verilməli idi. Yaxud Bakı Şəhər İcra Hakimiyyəti aksiyalar keçirmək üçün hansı yerləri müəyyənləşdirdi ki, müxalifət orada aksiya keçirmədi? Bakı Şəhər İcra Hakimiyyəti yalnız Bayıldakı 20-ci sahəni göstərir”.

İqbal Ağazadə qeyd edib ki, Azərbaycan insanının rasionuna gündəlik 8 qram ət düşür.
 

Millət vəkili Fazil Mustafa ötən il ərzində insanların rifahında çox az şeyin dəyişdiyini vurğulayıb: “Yaxın vaxtlarda prezidentin sahibkarlarla bağıl çıxışı oldu. Ancaq ötən dövrdə arı-ayrı məmurların fəaliyyəti nəticəsində sahibkarların fəaliyyəti üçün şərait pisləşdi. Binə, Sədərək ticarət mərkəzlərinə gedin. Hər gün vergidən kənar rüşvət istənilir, heç alınan rüşvətin səviyyəsi də sabit qalmır”.



Fazil Mustafa son vaxtlar gənclərin problemlərinin həlli istiqamətində addımlar atıldığını, Gənclər Fondu yaradıldığını söyləyib: “Ancaq ipoteka şərtləri ağırdır. 20 min manat olsa, elə gənclər özlərinə ev tikərdilər. İpoteka kreditlərinin 8 faiz olması yüksəkdir. Hər gəncə 1 manat 50 qəpik ayrılır, bu, çox aşağı rəqəmdir. Həkimin maaşı 200 manatdır, Səudiyyə Ərəbistanında 5 min manatdır. Azərbaycanda həkimlərin rüşvətlə bağlı ilişdirilməsi üçün kampaniyalar da keçirir, bu işə jurnalistləri də cəlb edirlər. Ölkədə səhiyyə sahəsində ciddi islahatlar aparılmalıdır. Uşaqların çoxu sidik kisəsində problemlə dünyaya gəlir. Bu, bahalı müalicədir, xaricdə mümkün olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1637
avatar

Oxşar yazılar