Milli Hidrometeorologiya Departamenti: Çaylarda suyun səviyyəsi artır
17 may 2013 14:36 (UTC +04:00)

Milli Hidrometeorologiya Departamenti: Çaylarda suyun səviyyəsi artır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində bəzi yerlərdə yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi çaylarında suyun səviyyəsində 7-31 sm intervalında artım müşahidə olunub.

 

 
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-120, Kiçik Qafqazın çaylarında 40-70, Naxçıvan MR çaylarında isə normanın 10 faizini təşkil edir.


 Mayın 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 382 m3/s olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. 2012-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 440 m3/s və ongünlük normanın 59 faizini təşkil edib. Mayın 17-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 28 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 152 m3/s olmaqla, ongünlük normanın 75 faizini təşkil edir. 2012-ci ildə bu göstərici bu il ilə müqayisədə bir qədər çox olmaqla 286 m3/s təşkil edib ə ongünlük normanın 141 faizinə bərabər olub.

 

Mayın 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. ür çayının Surra məntəqəsində suyun səviyyəsində və Şirvanda 6 sm, Salyanda 3 sm, Araz çayının Novruzlu məntəqəsində 2 sm artım, Bankədə isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380 sm (2012-ci il mayın 17-də 414 sm), Şirvanda 242 sm (2012-ci il mayın 17-də 292 sm), Salyanda 187 sm (2012-ci il mayın 17-də 243 sm ), Bankədə 217 sm (2012-ci il mayın 17-də 231 sm), Araz çayının Novruzlu məntəqəsində isə 88 sm (2012-ci il mayın 17-də 125 sm) təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 666
avatar

Oxşar yazılar