Millət vəkili Qənirə Paşayeva bir aylıq əmək haqqını İraq türkmənlərinə bağışlayıb. Lent.az-ın məlumatına görə, millət vəkili hər kəsi İraqda yaşayan soydaşlarımıza yardıma çağırıb: “Son zamanlar İŞİD terror təşkilatının İraqda törətdiyi insanlıq dramı və vandalizm aktları üzündən türkmən bacı-qardaşlarımızın durumu çox ağırlaşıb. Şiə türkmənlərin durumu isə daha ağırdır. Çünki İŞİD üçün şiələr bağışlanmaz düşmənlərdir və təəssüf ki, biz çağdaş sivilizasiya zamanında müsəlman dünyasında bu cür cahilliyin şahidi oluruq... Amma sünni türkmən qardaşlarımız da İŞİD əlindən az əziyyət çəkmirlər. İŞİD-in türkman bölgələrinə hücumları nəticəsində 200 mindən çox soydaşımız öz evlərini, yurdlarını tərk edərək qaçmaq, məcburi köçkün həyatı yaşamaq məcburiyyətində qalıb. Qətlə yetirilən, köçkün salınan türkmən qardaş-bacılarımızın sayı sürətlə artmaqdadır. Təlafər, Tuzhurmatu, Bayat köyləri, Bəşir ve Tazəhurmatu əhalisinin önəmli bölümü yaşayış yerlərini tərk edib".
Q. Paşayeva vurğulayıb ki, dünyanın hər yerində türkmənlərin də səsi olmalıyıq: "Onları unutmadığımızı, düşündüyümüzü, yanlarında olduğumuzu göstərməliyik. İmkanı olan hər kəs gücü çatdığı qədər yardım etməlidir. Dünyadakı Türkmən cəmiyyətləri onlara yardım üçün bank hesabları açıblar. İnanıram ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti də əlindən gələn dəstəyi əsirgəməyəcək".
Yardım etmək istəyənlər aşağıdakə hesab nömrəsinə pul köçürə bilərlər.
Türkmeneli İşbirliği ve Kültür Vakfı hesapları
Vakıflar Bankası - Çankaya Şubesi –
Şube kodu: 281
TR33 0001 5001 5800 7293 5435 17 Türk Lirası hesabı
TR33 0001 5804 8000 3306 20 ABD dolları hesabına
“Türkmen mültecilerine bağış” yazaraq yatıra bilərsiniz.
Hər hansı problemlə bağlı Türkmeneli İşbirliği ve Kültür Vakfının aşağıdakı telefonları vasitəsi ilə əlaqə saxlamaq olar.
(+90312) 442 42 65
(+90312) 433 43 73
(+90533) 255 26 60