Millət vəkili Qənirə Paşayeva ön cəbhədə siqaretin zərəri ilə bağlı əsgərlərlə maarifləndirici müzakirələr aparıb. Lent.az-ın məlumatına görə, görüşdə bütün dünyada məşhur olan Alen Karrın Azərbaycan dilinə tərcümə edilmiş “Siqareti atmanın asan yolu" kitabı əsgər və zabitlərə hədiyyə edilib.
Q. Paşayeva hazırda il ərzində 5,4 milyon insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini qeyd edib: "Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və gənclərimizin bu zərərli vərdişə tutulmamasına çalışmalıdır. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirlər".