Millət vəkili dərs ilinin uzadılmasına etiraz etdi
04 aprel 2014 12:51 (UTC +04:00)

Millət vəkili dərs ilinin uzadılmasına etiraz etdi

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında Təhsil Nazirliyinin yeni qərarına etiraz bildirilib. Lent.az-ın məlumatına görə, deputat Fazil Mustafa bildirib ki, orta məktəblərdə tədris müddətinin iyunda 3 həftə artırılması haqqında qərar yanlışdır.

Deputat bu qərarın yersiz olduğunu deyib: “Aydındır ki,  mayın 15-20-dən sonra faktiki olaraq məktəbə gedən yoxdur. Yuxarı sinif şagirdləri də repetitor yanına gedir. Bu çıxış yolu məni heyrətləndirdi. Sentyabrın 1-də dərs başlasa, bayramlardan da bir gün kəsilsə, həmin 3 həftəni  təmin etmək olar. Axı icbari təhsildə yük valideynin üzərindədir, maşın tutmalıdır, kitabını almalıdır. Düzdür, təhsilin pulsuz olduğunu deyirik, amma məlumdur ki, valideynlər dərslikləri pulla almalı olurlar. İndi bundan sonra valideyn hələ bir vaxtından da kəsib məktəbə ayırmalıdır. Bu məsələni ciddi qaldırmaq lazımdır”.

 

 

Deputatın çıxışının ardınca spiker Oqtay Əsədov bildirib ki, deputatın bu iradını anlamadı. Spiker dərsliklərin pulla satılmasına da münasibət bildirib: “Mənə təəccüblüdür ki, ölkədə dərsliklər pulsuz olduğu halda niyə valideynlər dərslikləri pulla alır. Bu məsələ araşdırılmalıdır”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1054
avatar

Mübariz Aslanov

Oxşar yazılar