Millət vəkili Cezmi Bayramla görüşdü
05 dekabr 2013 14:13 (UTC +04:00)

Millət vəkili Cezmi Bayramla görüşdü

Millət vəkili, Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun üzvü Qənirə Paşayeva Türk Ocaqları İstanbul şöbəsinin rəhbəri dr. Cezmi Bayram ilə görüşüb. Lent.az-ın məlumatına görə, Q. Paşayeva İstanbul Türk Ocaqları ilə birlikdə Qarabağ, Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasını müzakirə ediblər.

 

Görüşdə C. Bayram təmsil etdiyi qurumun həyata keçirdiyi layihələr və qarşıda duran vəzifələr barədə danışıb, bir millət iki dövlət olan Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə əlaqələrin daha da inkişaf etməsinin məmnuniyyətverici olduğunu söyləyib.

 

 

Q. Paşayeva bildirib ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha geniş tanıdılması, qondarma "erməni soyqırımı" yalanlarının qarşısının alınması istiqamətində iki ölkənin qeyri-hökumət təşkilatları, strateji araşdırmalar mərkəzlərinin birgə səylərini daha da artırması, qarşılıqlı əməkdaşlıq şəraitində birgə çalışmaları vacib və əhəmiyyətlidir.

 

Görüşün sonunda millət vəkili İstanbul Türk Ocaqlarının başqanına Azərbaycan həqiqətləri, mədəniyyəti ilə bağlı materiallar və müəllifi olduğu kitabları, C. Bayram isə millət vəkilinə onun fikir və məqaləsinin də əks olunduğu və “Bir fikir hərəkatının 100-cü ildöümü” kitabını hədiyyə ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar